Bank Of Baku

“Euronews”un baş icraçı direktoru: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

“Euronews”un baş icraçı direktoru: Süni intellektə nəzarət mexanizmləri olmalıdır
# 21 iyul 2025 12:55 (UTC +04:00)

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunda “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş keçirilib.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, görüşdə “Euronews”un baş icraçı direktoru Klaus Strunz çıxış edib.

O bildirib ki, süni intellekt bizə özümüzü sorğulamaq imkanı verir: “Dezinformasiya həm təhlükə, həm də fürsətdir. Hər gün yeni xəbər yayıldıqda, jurnalistlər düşünür: bu, saxta xəbərdir, yoxsa yox?”

O qeyd edib ki, süni intellekt üçün nəzarət mexanizmləri olmalıdır: “Biz hər məlumatı yoxlamalı, onu süzgəcdən keçirməliyik. Süni intellekti yeni bir işçi kimi görmək mümkündür. Dünyanın hər yerində süni intellektdən istifadə edilir və bu texnologiya informasiya mühitini dəyişir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR