Suraxanı sakininin evi yanıb

Suraxanı sakininin evi yanıb
# 22 dekabr 2012 07:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda yaşayış evi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli altı otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR