Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə qadın meyiti tapılıb
# 17 noyabr 2012 07:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildə qadın meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Sabunçu rayonunda 1936-cı il təvəllüdlü Məmmədova Maro Sadıqovna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və çoxsaylı telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub.

Mənzilə baxış keçirərkən qadın dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M.Məmmədovanın öldüyü müəyyən edilib. Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR