Çexiyanın Ostrava şəhərində “Azərbaycan-Odlar Yurdu” adlı sərginin açılış mərasimi keçirilib - FOTO

Çexiyanın Ostrava şəhərində “Azərbaycan-Odlar Yurdu” adlı sərginin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 15:41 (UTC +04:00)

Bakı – APA. Çexiyanın Ostrava şəhərində “Azərbaycan-Odlar Yurdu” adlı sərginin açılış mərasimi keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, səfir Tahir Tağızadə, Ostrava şəhər merinin müavini Simona Piperkova, Ostrava muzeyinin direktoru Yirjina Kabrtova və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə Azərbaycan mədəniyyəti, dövlətçiliyi və tarixi, əldə etdiyi uğurlar və nailiyyətlər, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımını əks etdirən eksponatlar nümayiş etdirilib və tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, səfərin və tədbirin təşkilatçılığı Çexiya Parlamentinin Deputatlar Palatasının üzvü, Xarici əlaqələr komitəsinin sədr müavini, Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Katrjina Koneçna tərəfindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR