Azərbaycanda daha bir neçə otelə ulduz kateqoriyası verilib

Azərbaycanda daha bir neçə otelə ulduz kateqoriyası verilib
# 06 dekabr 2012 09:38 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən ay ərzində bir sıra mehmana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib və onlara müvafiq ulduz kateqoriyaları verilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz rayonundakı «Ayan Palace» mehmanxanasına, Şəki Olimpiya Kompleksi mehmanxanasına 5, Gəncədəki «Karvansaray» və Mingəçevirdəki «Kür» mehmanxanaları, Bakıdakı «Divan Express», «Grand Hotel», «Riviera» mehmanlarına 4, Bakıdakı «Noah's Ark» mehmanxanasına 3 ulduz kateqoriyası verilib.

Həmçinin, Bakıda «Egoist», Gəncədə «El Hotel» mehmanxanaları, İlisuda «İlisu» pansionatı, Bakıda «Qafqaz Point Hotel» mehmanxanası və Lənkəranda «Cənub» istirahət mərkəzinin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR