“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.
APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, bugünkü tədbirdə Azərbaycan jurnalistikasının gənc, eyni zamanda, yaşlı nəslinin nümayəndələri nəzərə alınıb: "Bu medal jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub. Yaxın zamanda müvafiq qaydada həmkarlarımızı təltif edəcəyik”.