Bank Of Baku

İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO

İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
# 18 sentyabr 2026 18:50 (UTC +04:00)

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq məqsədilə media-tur təşkil olunub.

APA xəbər verir ki, aparılan işlərlə bağlı Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə media nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, 2019-cu ilə qədər bu ərazi Ömər ziyarətgahı kimi tanınırdı: "Lakin həmin vaxtadək burada türbənin mövcudluğu barədə məlumat yox idi. 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində türbənin qalıqları və Ömər Sultanın məzarı aşkar edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olublar və burada konservasiya işlərinin aparılması ilə bağlı tapşırıqlar veriblər. Sonrakı dövrlərdə abidədə konservasiya işlərinə başlanılıb. Abidənin ətrafındakı çay və qaya daşlarından hörülmüş divarlar bərpa edilib, Pir Ömər Sultanın məzarı yenidən qurulub. Həmçinin ərazidə yerləşən müridlərin qəbirləri restavrasiya olunaraq ətrafda abadlıq işləri aparılıb. Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa və konservasiya işləri həyata keçirilib. Abidənin XIV əsrin ortalarına aid olduğu qeyd edilir".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR