Azərbaycanın xarici işlər nazir Sudan prezidentinin köməkçisini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər nazir Sudan prezidentinin köməkçisini qəbul edib   - <span style="color: red;">FOTO
# 23 noyabr 2012 16:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikası prezidentinin köməkçisi Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir qonağa Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın hərbi təcavüzü və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında məlumat verib.

N. Ə. Nafi Sudana göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib və Sudanın bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb.

Sudan prezidentinin köməkçisi nazir E. Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR