Lətif Hüseynov Avropa Şurası ökələri Penitensiar Xidmət rəhbərlərinin konfransında çıxış edib

Lətif Hüseynov Avropa Şurası ökələri Penitensiar Xidmət rəhbərlərinin konfransında çıxış edib
# 27 noyabr 2012 08:38 (UTC +04:00)

Bakı – APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov noyabrın 22-24-də Avropa Şurasına üzv olan ökələrin Penitensiar Xidmət rəhbərlərinin 17-ci konfransında iştirak edib.

APA-nın məlumatına görə, Romada keçirilmiş konfransda Lətif Hüseynov “Əcnəbi məhbuslarla rəftara dair Avropa Şurasının standartları” mövzusunda çıxış edib.

O, azadlıqdan məhrum edilmiş xarici ölkə vətəndaşlarının bir sıra Avropa ölkəsində üzləşdiyi problemlərdən danışıb, İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin bu sahədə müəyyən etdiyi standartları şərh edib. L. Hüseynov vurğulayıb ki, rəhbərlik etdiyi Komitənin üzv dövlətlərə ünvanladığı mühüm tövsiyələrdən biri əcnəbi məhbusların vətəndaşı olduqları dövlətə təhvil verilməsidir.

Konfransda Azərbaycanı ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyevin rəhbərlik etdiyi numayəndə heyəti təmsil edib.

Qeyd edək ki, hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 470-ə yaxın xarici ölkə vətəndaşı olan məhbus var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR