Azpromo xarici investorlara təqdim etmək üçün Azərbaycanın qeyri-neft sektoru üzrə layihələr qəbul edir

Azpromo xarici investorlara təqdim etmək üçün Azərbaycanın qeyri-neft sektoru üzrə layihələr qəbul edir
# 11 dekabr 2012 10:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlb edilməsi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxalı əvəzləyən, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. Azpromo qəbul olunmuş investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.

İnvestisiya layihələri layihənin adı və həyata keçiriləcəyi yer, layihənin məqsədi və təsviri, layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, layihənin həyata keçirilmə və özünü ödəmə müddəti, layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)) kimi məlumatları özündə əks etdirməlidir.

İnvestisiya layihələri Azərbaycan və ingilis dillərində qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR