Azərbaycan Prezident Administrasiyasının rəhbəri: “Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk etməli və erməni xalqının gələcəyini düşünməlidir”

Azərbaycan Prezident Administrasiyasının rəhbəri: “Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk etməli və erməni xalqının gələcəyini düşünməlidir”
# 03 dekabr 2012 07:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O təcavüz anlayışını təsadüfən işlətmədiyini vurğulayıb: “Mən təcavüz anlayışını təsadüfən işlətmirəm. Beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılıb. Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirib, Azərbaycanı silahlı münaqişəyə sürükləyib və 20 faiz ərazilərimizi işğal edib. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar. Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib. Ermənistan rəhbərləri çox təhlükəli oyunun “peşka”sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR