Ehud Barak: İran 2013-cü ildə nüvə silahı əldə etməyə yaxın olacaq

Ehud Barak: İran 2013-cü ildə nüvə silahı əldə etməyə yaxın olacaq
# 30 noyabr 2012 03:41 (UTC +04:00)

Bakı-APA. İsrailin müdafiə naziri Ehud Barak bildirib ki, İran uranın zənginləşdirilməsi prosesini dayandırmasa 2013-cü ildə nüvə silahı əldə etməyə yaxın olacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Leon Panetta ilə görüşdən sonra keçirilən mətbuat konfransında Barak deyib ki, İran nüvə sahəsində Pakistan və Şimali Koreya yolu ilə getməyə çalışır.

İsrail müdafiə nazirinin fikrincə başqa ölkələrin səyi ilə, “bu və ya digər üsulla” İranı bu planlarından əl çəkməyə məcbur etmək mümkün olacaq.

Eyni zamanda Barak iqtisadi sanksiyaların kifayət etmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR