Azərbaycan çempionu Çində oynayacaq

Azərbaycan çempionu Çində oynayacaq
# 08 noyabr 2012 14:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan çempionu Kimberli Qlassın Koreyanın “Ariels” klubuna transferi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı voleybolçunun keçidi son anda alınmayıb.

Buna baxmayaraq, “Rabitə” ilə 2 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu və Çempionlar Liqasının gümüş mükafatını qazanan Qlass karyerasını Asiyada davam etdirəcək. O, artıq Çinin “Quançjou Everqrand” klubu ilə anlaşıb. Kimberli son ölkə çempionu ilə 1 mövsümlük müqavilə bağlayıb.

Qeyd edək ki, Kimberli 2010-cu ildə “Rabitə”yə transfer olunmuşdu. Lakin son ildə əsas heyətdəki yerini itirdiyindən klub onunla mövsümün sonunda yeni müqavilə imzalamamışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR