Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb
# 14 dekabr 2012 08:37 (UTC +04:00)

Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müalicə Müəssisəsinə müalicə alan Paşa Camalov xəstəlikdən dünyasını dəyişib.

Prokurorluqdan həmçinin bildirilib ki, P. Camalov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Qeyd edək ki, son vaxtlar məhkumlar arasında xəstəlikdən ölüm halları artıb. Son iki ayda 10-dan çox məhbus xəstəlikdən dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR