Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verilib

Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verilib
# 27 noyabr 2012 10:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verilir.

APA-nın xəbərinə görə, bu barədə akademik M.Topcubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinin başlanmasına həsr edilmiş tədbirdə deyib.

Türkiyə səhiyyə nazirinin müavini Nihat Tosunun iştirakı ilə baş tutan tədbirdə nazir müavini vurğulayıb ki, bir həftə davam edəcək həftəlik dekabrın 3-də başa çatacaq: “Hazırda Türkiyənin 24 nəfərlik böyük nümayəndə heyəti Bakıda səfərdədir. Həftəlik çərçivəsində 30-a yaxın əməliyyatlar keçiriləcək. Türk həkimləri azərbaycanlı həmkarları ilə birgə 2 aylıq uşaqdan tutmuş 73 yaşa kimi insanlar üzərində əməliyyatlar keçirəcək. Bu əməliyyatlar sırasında açıq və qapalı ürək əməliyyatları da olacaq”.

Onun sözlərinə görə, həkim briqadaları dekabrın 1-dən etibarən rayonlara da səfər edəcək və orada əməliyyatlar aparacaq.

Türkiyənin səhiyyə nazirinin müavini Nihat Tosun isə deyib ki, bu əməliyyatlardan sonra türk həkimlərinin bir neçəsi paytaxtda olacaq. Onun sözlərinə görə, türkiyəli həkimlər Azərbaycanda edilən əməliyyatların sonrakı gedişi ilə maraqlanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR