İran prezidentinin ölkə parlamentində dindirilməsi layihəsindən imtina edilib

İran prezidentinin ölkə parlamentində dindirilməsi layihəsindən imtina edilib
# 22 noyabr 2012 10:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejadın ölkə parlamentində dindirilməsi layihəsindən imtina edilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bununla bağlı İran parlamentinin deputatları birgə bəyanat yayıblar. Sənəddə qeyd olunur ki, İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyini tövsiyəsi nəzərə alınaraq belə addım atılıb.

Qeyd edək ki, ötən gün ayətullah Xamneyi millət vəkillərini noyabrın 4-də M.Əhmədinejadın ölkə parlamentində dindirilməsi ilə bağlı qəbul etdikləri qərarı geri götürməyə çağırıb: “İndiyədək layihəni parlamentin məsuliyyəti kimi qiymətləndirmişəm və dəstəkləmişəm. Ancaq hazırda ölkə prezidentinin bir sıra məsələlərlə bağlı izahat vermək üçün parlamentdə dindirilməsi yalnız düşmənlərimizin maraqlarına uyğun olar. Ona görə də deputatlara layihədən imtina etməyi tövsiyə edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR