İran Suriya böhranın həlli məqsədilə planlaşdırılan toplantıya qatılmaqdan imtina edib

İran Suriya böhranın həlli məqsədilə planlaşdırılan toplantıya qatılmaqdan imtina edib
# 09 noyabr 2012 08:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Suriyadakı böhranın həlli məqsədilə noyabrın 11-də Türkiyədə keçirilməsi planlaşdırılan toplantıya qatılmaqdan imtina edib. APA-nın məlumatına görə, İran tərəfi xarici işlər naziri Əli Əkbər Salehinin görüşdə iştirak etməyəcəyini bildirib.

Nəticədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi formata uyğun olaraq Türkiyə, Misir və İranın iştirakı ilə paytaxt Ankara şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli görüş təxirə salınıb. Toplantının qarşıdakı günlərdə reallaşacağı bildirilsə də, ancaq nə vaxt keçiriləcəyi barədə heç bir məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR