“Türk dünyası araşdırmaları” Beynəlxalq Elmlər Akademiyası Azərbaycanla bağlı yeni layihələr həyata keçirəcək

“Türk dünyası araşdırmaları” Beynəlxalq Elmlər Akademiyası Azərbaycanla bağlı yeni layihələr həyata keçirəcək
# 10 noyabr 2012 12:40 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən akademiyanın başqanı, professor Hayrettin İvgin bildirib ki, yeni proyektlər bir çox sahələri əhatə edəcək. Onun sözlərinə görə, indiki zamanda türk sənəti, dili və ədəbiyyatı sahələrində mütləq işbirliyinin olmasına ehtiyac var. Hazırda yeni layihələrin maliyyə məsələlərinin həll olunduğunu deyən H.İvgin vurğulayıb ki, hər hansı bir layihəni həyata keçirmək üçün ciddi maliyyə lazımdır: “Maliyyə məsələləri həll olunduqca yeni layihələr həyata keçiriləcək. Azərbaycanla bağlı konkret olaraq türk ədəbiyyatının genişləndirilməsi və inkişafı, türk dilinin ortaq türk dili halına gətirilməsi, türk ədəbiyyatının və şeirinin qarşılıqlı öyrədilməsi məsələləri nəzərdə tutulub. Türkiyənin əskik olan tərəfi isə musiqi və incəsənətlə bağlıdır. Bu məsələdə Azərbaycandan öyrənəcəyimiz çox şeylər var. Bütün bunları aradan qaldırmaq üçün də bir çox məsələlər qarşılıqlı olaraq öyrənilməlidir. Bunlar da yeni layihələr çərçivəsində öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR