Ermənistan yüksək dəqiqlik və böyük uçuş mənzilinə malik silah kompleksləri alacağını açıqlayıb

Ermənistan yüksək dəqiqlik və böyük uçuş mənzilinə malik silah kompleksləri alacağını açıqlayıb
# 25 dekabr 2012 09:26 (UTC +04:00)

APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan bildirib.

Onun sözlərinə görə, bu il ərzində Ermənistan rəqibin aktiv tank müdafiəsini yarmağa qadir yeni raket əleyhinə komplekslər alıb: “Bəzi şeylər barədə biz dərhal məlumat vermirik. Lakin tədricən bu barədə məlumatı təqdim edəcəyik”.

Qeyd edək ki, keçən ilin sentyabrın 21-də Ermənistan müstəqillik gününə həsr olunmuş hərbi paradda Rusiya istehsalı olan 9K72 “Elbrus” əməliyyat-taktiki raket kompleksləri və bir sıra raketlər nümayiş olunub. Bu ilin oktyabrında isə ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionda uçuş mənzili 300 kilometr təşkil edən raket zərbələri üzrə təlimlər keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR