Bakıda “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı müsabiqəsinin argentinalı qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Bakıda “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı müsabiqəsinin argentinalı qalibləri mükafatlandırılıb   - <span style="color: red;">FOTOSESSİYA
# 14 dekabr 2012 14:39 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyində “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin Argentinadan olan qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, gənclər və idman nazirin müavini İntiqam Babayev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda əhalinin 60%-dən çoxunu gənclər təşkil edir: “Onlardan 31%-i 14-24 yaş arasında olan gənclərdir. Ölkəmiz gənclərlə bağlı müxtəlif layihələr keçirir və onların potensialın inkişafı üçün şəraitlər yaradılır. Hazırda ölkəmizdə gənclərlə işləyən 200-ə yaxın QHT mövcuddur, 1500-2000 gənc beynəlxalq mübadilə proqramlarda iştirak edib. Təkcə bu il gənclərlə bağlı 120 layihənin həyata keçirilməsi üçün 3 mln. manat ayrılıb”.

İ.Babayev həmçinin əlavə edib ki, ölkəmiz gənclər siyasəti sahəsində 62 ölkə ilə əməkdaşlıq edir. “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsi artıq 15 ölkədə keçirilib və müsabiqənin qaliblərinə Azərbaycanla yaxından tanış olmaq üçün imkan yaradılıb.

Çıxışın sonunda nazir müavini qonaqlara Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar barədə argentinalı qonaqlara məlumat verib.

Argentina nümayəndə heyətin rəhbəri və üzvləri öz növbəsində bu müsabiqədə iştirak etdikləri və ölkəmizə səfərə gəldikləri üçün Azərbaycan hökumətinə və rəhbərliyinə, nazirliyinə öz təşəkkürlərini bildiriblər və əlavə ediblər ki onların əsas məqsədi Azərbaycanı Argentinada daha yaxşı tanıtdırmaqdır. Sonda İntiqam Babayev tərəfindən qaliblərə sertifikat və dəyərli hədiyyələr verilib.

Qeyd edək ki argentinalı gənclər ölkəmizdə 10 gün olacaqlar. Bu müddət ərzində Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olacaq və ölkəmizin rayonlarına səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR