Amerikanın “Real Vocal String Quarter” musiqi qrupu Azərbaycanda səfərdədir

Amerikanın “Real Vocal String Quarter” musiqi qrupu Azərbaycanda səfərdədir
# 19 noyabr 2012 13:17 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 18-24-də Amerikanın “Real Vocal String Quartet” musiqi qrupunun Azərbaycana səfərini təşkil edir.

Səfirlikdən APA-ya verilən məlumata görə, Kaliforniya ştatının San-Fransisko şəhərindən olan “Real Vocal String Quartet” musiqi qrupu klassik, simli kvarteti özünəməxsus Amerika formasında canlandıran və bu gün dünyada səsli və simli musiqi ifalarının birləşməsindən ibarət olan mahnıları ifa edən yeganə kvartetdir. Qrupun hər bir üzvü ifa zamanı oxuyur, mahnını mövzuya uyğunlaşdırır və improvizə edir. Qrupun son dərəcə geniş repertuarı caz və rok, eləcə də Qərbi Afrika musiqisi və bluqras adlı folklor mahnılarını əhatə edir. “Real Vocal String Quartet” qrupu Şimali Amerikada bir çox konsertlər verib, o cümlədən “Tonight Show” tok-şousunun aparıcısı Cey Leno və “Qremmi” mükafatçı olan kanadalı musiqiçi Feist ilə birlikdə səhnəni paylaşmışdır.

“Real Vocal String Quartet” qrupu dünyanın bir çox yerlərində musiqi vasitəsilə qarşılıqlı anlaşmanın daha da gücləndirilməsinə xidmət etmək məqsədilə aparıcı amerikalı musiqiçilərin çıxışlarını təşkil edən ABŞ Dövlət Departamentinin “Amerika Musiqisi Xaricdə” adlı proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Azərbaycanda olduqları müddətdə qrup üzvləri Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq və burada seminarlar, cem-sessiyalar və ictimaiyyət qarşısında konsertlər verəcəklər. Qrup üzvləri Azərbaycandan sonra Makedoniya, Bosniya, Latviya və Litvada da konsertlər verəcəklər.

“Real Vocal String Quartet” qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi Amerika musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir. Konsertlərin qrafiki aşağıdakı kimidir:

Qusar Mədəniyyət Evi -19 noyabr, 2012-ci il, saat 15:30-17:00 (ünvan: M. Rəsulzadə 2, Qusar şəhəri)

Bakı şəhəri, Park Bulvar -20 noyabr, 2012-ci il, saat 18:00-19:30 (ünvan: Dənizkənarı Bulvar, Neftçilər Pr.)

Xaçmaz Mədəniyyət Evi -23 noyabr, 2012-ci il, saat 15:00-16:30 (ünvan: M. Rəsulzadə 8, Xaçmaz şəhəri)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR