Azərbaycanın kənd təsərrüfatı naziri Dünya Bankının ölkə üzrə meneceri ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri Dünya Bankının ölkə üzrə meneceri ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 15:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin perspektivlərinin və gələcəkdə yeni layihələrin müzakirəsi olub.

İ.Abasov Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin verdiyi səmərəni yüksək qiymətləndirdiyini və aqrar sektorun inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb. Nazir Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığının 1992-ci ildən başladığını deyərək bildirib ki, Azərbaycanla Dünya Bankı arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanılıb. Bu zaman “Təsərrüfatların Özəlləşdirilməsi” Layihəsi tətbiq olunmağa başlanılıb. Layihə 2001-ci ildə tamamlanıb. Layihənin maliyyələşdirilməsində eyni zamanda İFAD təşkilatı da iştirak edib. Layihə həyata keçirilən dövrdə, yəni 1998-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında üç mərhələli Uyğunlaşdırılmış Kredit Proqramı razılaşdırılıb. Proqramın icrası olaraq 2000-2006-cı illərdə “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi-I” və 2006-2012-ci illərdə “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi” həyata keçirilib. Proqram üzrə nəzərdə tutulan layihələrlə yanaşı 2006-2009-cu illərdə “İnstitusional İnkişafa Dəstək Layihəsi” restrukturizasiya olunub və onun qalıq vəsaitləri hesabına “Yüksək Patogenli Quş Qripinə Hazırlıq Layihəsi” yaradılıb.

Qeyd edək ki, 2005-2008-ci illərdə “Kənd İnvestisiya Layihəsi”nin icrasına başlanmış, 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb edilib. Layihənin nəticəsi yüksək qiymətləndirilib və 2012-2017-ci illərdə icrası nəzərdə tutulan “İkinci Kənd İnvestisiya Layihəsi” hazırda həyata keçirilir. Uyğunlaşdırılmış Kredit Proqramının son mərhələsi olan “Üçüncü Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi”nin hazırlıq işləri tamamlanmaq üzrədir. İ.Abasov Kənd Təsərrüfatı Nazirliyinin layihənin qəbul edilməsinin dəstəklənməsinə hazır olduğunu bir daha bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR