Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib

Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib
# 20 noyabr 2012 13:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara edilmiş əlavəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində yerləşən qeydiyyat şöbələrinin nümayəndələri tərəfindən aparıldıqda, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR