Bank Of Baku

Mərakeş rəsmisi: Əsas məqsəd yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də ictimai etimadı bərpa etməkdir

Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) prezidenti Lətifə Axarbax

© APA | Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) prezidenti Lətifə Axarbax

# 14 iyul 2026 09:51 (UTC +04:00)

"Araşdırmalar göstərir ki, insanların 56 faizi xəbərləri əsasən sosial şəbəkələrdən əldə edir. Lakin bu xəbərlərin nə dərəcədə doğru olması ciddi suallar doğurur. Bu, qarşımızda duran əsas çağırışlardan biridir".

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) prezidenti Lətifə Axarbax IV Şuşa Qlobal Media Forumunda deyib.

Lətifə Axarbax bildirib ki, əsas məqsəd yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də ictimai etimadı yenidən bərpa etməkdir.

O qeyd edib ki, hər bir ölkənin media və kommunikasiya sahəsində özünəməxsus yanaşması və inkişaf modeli mövcuddur.

"Bu platforma öz təcrübəmizi bölüşmək üçün əlverişli imkan yaradır. Sosial platformalarda ictimai müzakirələr getdikcə daha da genişlənir. Belə bir şəraitdə faktların yoxlanılması və ictimai maraqlara xidmət edən peşəkar jurnalistikanın rolu daha da artır", – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR