Təhsil Nazirliyi nöqsanların aradan qaldırılması üçün müvafiq qurumlara 1 ay vaxt verib

Təhsil Nazirliyi nöqsanların aradan qaldırılması üçün müvafiq qurumlara 1 ay vaxt verib
# 21 noyabr 2012 14:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın orta məktəblərində kompyuterlərlə bağlı aşkarlanan mövcud vəziyyətə dair hesabat araşdırılması üçün lazımi idarələrə göndərilib.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq qurumlara 1 ay vaxt verilib: “Vaxt başa çatandan sonra yenidən monitorinq aparılacaq. Çalışacağıq ki, dövlətin vəsaiti hesabına verilən bütün kompyuterlər və təlim vəsaitləri yerində olsun”.


Təhsil naziri müəllimlərin attestasiyadan keçirilməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, müəllimlərin attestasiyası ilə bağlı hələ ki bir yenilik yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR