Milli Qəhrəman Gültəkin Əsgərovanın anım tədbiri keçirilib - FOTOSESSİYA

Milli Qəhrəman Gültəkin Əsgərovanın anım tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2012 13:15 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakıdakı 200 saylı orta ümumtəhsil məktəbində bu təhsil ocağına adı verilmiş şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anım tədbiri keçirilib.

APA-ın xəbərinə görə, Milli Qəhrəmanın doğum günü münasibətilə keçirilən anım tədbirində ziyalılar, şəhid ailələrinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak edib.

Anım tədbirində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti başlayandan xalqın qeyrətli oğulları ilə yanaşı, Vətən qızlarının da silaha sarıldığını, qardaşları ilə çiyin-çiyinə mübarizə apardıqlarını, bir neçəsinin Milli Qəhrəman və şəhidlik mərtəbəsinə yüksəldiklərini deyib. Xanım millət vəkili Gültəkin Əsgərovanın bu mənada örnək ömür qoyub getdiyini, şagirdlərin və qızların onun kimi Azərbaycan xanımlarının ömür yolunu öyrənməsini tövsiyə edib.

Şəhid Milli Qəhrəmanın anası Rəfiqə Əsgərova qızının adını, xatirəsini əziz tutan Azərbaycan dövlətinə, xalqına şükranlığını ifadə edərək, onun həyat yolu haqqında danışıb.

Sonra məktəbin şagirdləri Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR