«Aztelekom» İstehsalat Birliyi sərmayələrini artırır

«Aztelekom» İstehsalat Birliyi sərmayələrini artırır
# 06 dekabr 2012 14:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin həyata keçirdiyi işlərə yatırdığı investisiyaların həcmi 50% arta bilər. «APA-Economics»in məlumatına görə, bu barədə «Aztelekom»un baş direktoru Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, cari ilin ilk 9 ayı ərzində «Aztelekom» tərəfindən İB-nin fəaliyyətinə yatırdığı investisiyanın həcmi 20 mln. manat təşkil edib: «Bu sərmayənin hamısı daxili imkanlar hesabına yatırılıb. İlin sonunadək İstehsalat Birliyinə yatırılan investisiyanın həcminin 25-30 mln. manat təşkil edəcəyi gözlənilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR