Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
# 07 dekabr 2012 17:01 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir Sumqayıt ŞPİ-nin rəisi vəzifəsinə yeni təyin olunmuş polis general-mayoru Sahib Mirzəyevi şəxsi heyətə təqdim edib.

Daha sonra o, ölkədəki kriminogen durum barədə qısa məlumat verib.

Görülən işlərə hər zaman özünütənqid ruhunda yanaşmağın vacibliyini vurğulayan nazir bu yaxınlarda Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xidməti fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş nöqsanların üzərində dayanaraq həmin qurumun rəhbərliyinin ciddi intizam məsuliyyətinə cəlb edildiyini, o cümlədən rəisin və ayrı-ayrı məsul əməkdaşların tutduqları vəzifələrdən azad olunduqlarını, hər bir əməkdaşın bundan özü üçün lazımi nəticə çıxarmasının, müəyyən edilmiş təşkilati-əməli tədbirlərin tam yerinə yetirilməsinin vacibliyini bildirib.

Son vaxtlar mövcud qanunvericiliyə edilmiş zəruri dəyişikliklərlə bəzi inzibati xətalara görə cəza sanksiyalarının sərtləşdirildiyini nəzərə çatdıran R.Usubov bütün dəyişikliklərin ilk növbədə vətəndaşların mənafeyinə və təhlükəsizliyinin daha etibarlı təmininə xidmət etdiyini, polisin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə əlavə və dəyişikliklərin, bu sahədə müvafiq yeniliklərin şəxsi heyət tərəfindən dərindən öyrənilməsinin, praktikada düzgün tətbiqinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR