«TBC Kredit» yeni kredit kampaniyası keçirir

«TBC Kredit» yeni kredit kampaniyası keçirir
# 28 noyabr 2012 10:43 (UTC +04:00)

Bakı – APA-Economics. Yeni il ərəfəsində «TBC Kredit» qeyri-bank kredit təşkilatı girovsuz «Təcili pul» kreditləri üzrə «-2%» aksiyasına başlayıb. Kredit üçün müraciət edənlər hədiyyə olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edəcəklər. Hazırda bu kredit üzrə minimal dərəcə illik 22%, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə illik 20% təşkil edir.

«TBC Kredit»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Təcili pul» girovsuz nağd pul kreditidir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 10 min manat, maksimal müddət isə 24 ay təşkil edir. Kredit minimal sayda sənədlərin təqdimatı əsasında 2 gün ərzində verilir. Həmçinin kredit üçün onlayn rejimdə müraciət etmək mümkündür və «TBC Kredit»ə bir dəfə pulu götürmək üçün gəlmək yetərlidir.

Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən «TBC Kredit»də 2007-ci ilin dekabrından 75% iştirak payını Gürcüstanın «TBC Bank»ı alıb, 25% isə «ShoreBank International» təşkilatına məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR