Azərbaycanda korporativ istiqrazların təkrar bazarı 20% azalıb

Azərbaycanda korporativ istiqrazların təkrar bazarı 20% azalıb
# 04 dekabr 2012 09:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 8,631 mlrd. manat təşkil edib. Bu da 2011-ci ilin analoji dövrünə nisbətən 31,6% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar bazarı 18,5% artaraq 763,154 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarı 3,8 dəfə, istiqrazların təkrar bazarı isə 19,5% azalıb. Korporativ qiymətli kağızlar bazarı əsasən səhmlərin yerləşdirilməsinə görə artıb. Belə ki, səhmlərin ilkin bazarı 4,3 dəfə, təkrar bazarı isə 47,4% artıb.

Bundan başqa, yanvar-noyabr aylarında dövlət istiqrazlarının ilkin bazarı 2,3 dəfə, təkrar bazarın həcmi isə 49,4% azalıb. Azərbaycan Mərkəzi Bankının notları hesabat dövründə 57,8% artaraq 949,942 mln. manata çatıb, o cümlədən notların ilkin bazarı 37%, təkrar bazarı isə 14,5 dəfə artıb. Ümumiyyətlə, yanvar-noyabr aylarında dövlət qiymətli kağızlar bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 33,1% artıb.

Bazarın seqmentləri

Yanvar-noyabr, 2012

Yanvar-noyabr, 2011

Nisbət

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN) (yerləşdirmə)

98 537 112,31

56

232 073 000,38

128

-2,3 dəfə

Dİ (AMN)

(təkrar bazar)

21 029 020,89

19

41 570 251,84

41

-49,4%

Notlar (AMB) (yerləşdirmə)

811 733 044,92

209

592 397 417,19

257

37%

Notlar (AMB)

(təkrar bazar)

138 209 486,82

26

9 555 687,77

5

14,5 dəfə

Repo əməliyyatları

6 798 310 399,70

938

5 035 961 626,19

1 177

35%

DQK bazarı cəmi

7 867 819 064,64

1 248

5 911 557 983,37

1 608

33,1%

Korporativ istiqrazlar (yerləşdirmə)

37 635 335,00

73

141 713 489,45

85

-3,8 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

325 946 685,47

114

405 134 826,41

103

-19,5%

Səhmlər (yerləşdirmə)

387 479 137,24

227

89 163 399,10

130

4,3 dəfə

Səhmlər

(təkrar bazar)

12 092 680,40

3 084

8 205 677,12

3 159

47,4%

KQK bazarı cəmi

763 153 838,11

3 498

644 217 392,08

3 477

18,5%

Cəmi

8 630 972 902,75

4 746

6 555 775 375,45

5 085

31,6%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR