Misir və Dubay Dəməşqə uçuşları dayandırıb

Misir və Dubay Dəməşqə uçuşları dayandırıb
# 29 noyabr 2012 19:49 (UTC +04:00)

Bakı-APA. Misir və Dubay aviaşirkətləri Dəməşqə olan uçuşların dayandırılmasını elan ediblər.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, uçuşların dayandırılmasına səbəb Dəməşq ətrafında beynəlxalq hava limanına gedən yolda davam edən döyüşlərdir.

“Emirates” şirkəti bildirib ki, uçuşlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

“Egypt Air” şirkəti isə uçuşların hələlik cümə gününədək dayandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR