Nazir: “Təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var”

Nazir: “Təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var”
# 18 dekabr 2012 08:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib: “Hər kəs bilməlidir ki, ölkə ərazisinin 20 faizi işğal olunub. Gec-tez bu ərazilərin qaytarılmalıdır. Bu əraziləri də özümüz qaytarmalıyıq. Bu baxımdan bütün təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var. Orta məktəblərdə gənclər yetişir. Onların hərbi hazırlığını yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik. Hökumətin bu qərarı bizi bu işə daha məsuliyyətlə yanaşmağa sövq edir. Bununla bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planını yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR