Misir Mərdanov AB-nin Azərbaycan üzrə əlaqələndiricisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO

Misir Mərdanov AB-nin Azərbaycan üzrə əlaqələndiricisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb   - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 14:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Misir Mərdanov Avropa Birliyinin (AB) Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycanla Avropa Birliyi arasında Tempus, Erasmus-Mundus, Jan Mone, TAİEX, Tvininq və Siqma proqramları çərçivəsində əməkdaşlıq aparıldığını deyib. Nazir bu istiqamətdə nəzərdə tutulmuş işlərin uğurla davam etdirildiyini bildirib. Yurgen Kettner də növbəti illərdə bu əlaqələrin səmərəliliyinin daha da artacağına əminliyini ifadə edib. O, təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün irəli sürülən təkliflərin əhəmiyyətli olacağını vurğulayıb.

Daha sonra görüşdə birgə elmi-tədqiqat layihələrinin aparılması, orta təhsil üzrə əməkdaşlıq, müəllim hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR