Bank Of Baku

“POSTV Georgia”nın təmsilçisi: Oxşar təhdidlərə qarşı Azərbaycanla birgə çıxış etməliyik

“POSTV Georgia”nın təmsilçisi Zviad Avaliani

© APA | “POSTV Georgia”nın təmsilçisi Zviad Avaliani

# 05 dekabr 2025 14:14 (UTC +04:00)

Ölkələrimiz oxşar təhdidlərlə üzləşdiyindən onlara qarşı birgə çıxış etməliyik.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan Media Forumunun iştirakçısı, “POSTV Georgia”nın təmsilçisi Zviad Avaliani bildirib.

Onun sözlərinə görə, nəticə eldə etmək üçün birlikdə olmaq və informasiya məkanında qarşıya çıxan çağırışları birgə həll etmək vacibdir.

Ekspert qeyd edib ki, mütəmadi olaraq hər bir ölkənin təcrübəsini paylaşmaq çox faydalı olar: “Eyni zamanda, keçmişdə toplanmış təcrübəni bölüşmək və gələcək çağırışlara birgə hazırlıq görmək vacibdir”.

Zviad Avaliani sözlərinə görə, ölkələr arasında problemlər bir-birinə təsir göstərir, buna görə də ortaq əməkdaşlıq həyati əhəmiyyət daşıyır: “İnformasiya texnologiyaları çox sürətlə inkişaf etdiyi üçün bəzi problemləri ona çatmazdan əvvəl qabaqlamaq belə mümkündür. Əgər bütün səylər yerli əməkdaşlıq əsasında aparılarsa, nəticə daha effektiv olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR