“Bakı Şərab-1” ASC-nin Salyanda fəaliyyət göstərən mağazasında 143 min manat məbləğində çatışmazlıq aşkar olunub

“Bakı Şərab-1” ASC-nin Salyanda fəaliyyət göstərən mağazasında 143 min manat məbləğində çatışmazlıq aşkar olunub
# 18 fevral 2013 15:40 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Bakı Şərab-1” ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Cəfərov Səxavət Ərəstun oğlunun qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, cəmiyyət tərəfindən maddi-məsul şəxs S. Cəfərovun iştirakı ilə aparılmış inventarizasiya ilə mağazada 143 min 272 manat məbləğində çatışmazlıq aşkar olunub. Mağazanın fəaliyyətinin auditi zamanı həmin çatışmazlıq təsdiq olunub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR