“Elm haqqında” qanun layihəsi dekabrın 28-də Milli Məclisdə müzakirə olunacaq

“Elm haqqında” qanun layihəsi dekabrın 28-də Milli Məclisdə müzakirə olunacaq
# 18 dekabr 2012 08:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, ilk öncə, qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunacaq, daha sonra Milli Məclisin gündəliyinə daxil ediləcək: “Artıq bir il yarımdır ki, bu qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsi beynəlxalq normalara uyğun olaraq hazırlanır. Burada elm, təhsil haqqında bir sıra yeniliklər qeyd olunub. Hazırda qəbul etdiyimiz “Təhsil haqqında” qanun da uğurla icra olunur. Biz elə bilirdik ki, “Elm haqqında” qanun sözügedən qanundan daha tez qəbul olunacaq. Amma bunun əksini gördük. Çünki bu qanunun hazırlanması daha çətin və mürəkkəb proseslərdən keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR