Rusiyanın “Rostelekom” telekommunikasiya şirkəti Dağlıq Qarabağda iş qurmağı istisna etmir

Rusiyanın “Rostelekom” telekommunikasiya şirkəti Dağlıq Qarabağda iş qurmağı istisna etmir
# 18 dekabr 2012 13:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiyanın “Rostelekom” telekommunikasiya şirkəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iş qurmağı istisna etmir. APA-nın “Panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bunu “Rostelekom”un Ermənistan bazarına daxil olması ilə əlaqədar İrəvanda keçirilən tədbirdə şirkətin vitse-prezidenti Naum Marder deyib. O bildirib ki, hələlik Qarabağla bağlı hər hansı planları yoxdur: “Lakin mən istisna etmirəm ki, Ermənistandakı uğurlu inkişaf Dağlıq Qarabağda davam etdirilə bilər”.

Qeyd edək ki, “Rostelekom” Açıq Səhmdar Cəmiyyəti Rusiya Federasiyasının ən böyük telekommunikasiya şirkətidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR