Şəmkir rayonunda bir nəfər göldə batıb

Şəmkir rayonunda bir nəfər göldə batıb
# 09 dekabr 2012 09:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Şəmkir rayonundakı süni göldə bir nəfər boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Qapanlı kəndi ərazisində, 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımov süni göldə batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunib və axtarışlara başlanılıb.

Xilasedicilər onun cəsədini taparaq, sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR