Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,3% enib
# 20 dekabr 2012 06:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 252 bəndədək, S&P 500 0,8% - 1 436 bəndədək, Nasdaq 0,3% - 3 044 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına büdcə və dövlət borcu ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyişin olmaması amili təsir edib.

Avropa fond bazarlarında dekabrın 19-da FTSE 100 indeksi 0,4% - 5 962 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 669 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 665 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 668,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3222 (-0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR