Dmitri Kolesnikov: “Ukrayna müəssisələri Metsamor AES-i avadanlıqla təmin etməyə hazırdır”

Dmitri Kolesnikov: “Ukrayna müəssisələri Metsamor AES-i avadanlıqla təmin etməyə hazırdır”
# 19 noyabr 2012 15:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri İrəvanda Ermənistan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Dmitri Kolesnikov deyib.

Onun sözlərinə görə, “Turboatom”, “Elektrotyajmaş”, “Zorya-Maşproyek” kişi müəssisələr Ermənistanın enerji sektorunu avadanlıqla təmin etmək prosesində iştirak edə bilərlər: “Biz həm turbinlər, həm generatorlar, həm avtomatik nizamlama və idarəetmə sistemləri təklif edə bilərik. Nəzəri baxımdan müdafiə sahəsində birgə müəssisələrin yaradılması imkanlarını da nəzərdən keçirmək olar. Birgə layihələrin yaradılması ideyasını hələ 2010-cu ildə qaldırmışıq. Kənd təsərrüfatı maşınqayırması, aviasiya texnikası ilə bağlı da təkliflər var. Bir sözlə əməkdaşlıqda ticarətdən yüksək texnologiyaya keçmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR