Baba və nənəsini qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum olunub

Baba və nənəsini qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum olunub
# 14 noyabr 2012 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində babasını və nənəsini qətlə yetirməkdə təqsirləndirilən Ramil Əkbərov və onun tanışları- Rahib Ağayev, Vüqar Əliyev və Elşad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əkbərov və R. Ağayev ömürlük, V. Əliyev 15 il, E. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəfər Əkbərov və onun həyat yoldaşı Tahirə Əkbərova mənzillərində xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər qətldən 6 ay sonra müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, qətlin təşkilatçısı qətlə yetirilənlərin nəvəsi Ramil Əkbərovdur. Ona bu işdə dostları R.Ağayev və V.Əliyev, E.Əliyev köməklik göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR