Qafqazın XVIII əsrdə tərtib edilmiş xəritəsi Misirin İsgəndəriyyə Kitabxanasından Gəncəyə gətirilib

Qafqazın XVIII əsrdə tərtib edilmiş xəritəsi Misirin İsgəndəriyyə Kitabxanasından Gəncəyə gətirilib
# 20 dekabr 2012 09:14 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Qafqazın XVIII əsrdə tərtib edilmiş xəritəsi Misirin İsgəndəriyyə Kitabxanasından Gəncəyə gətirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinin Gəncəyə hədiyyə etdiyi bu qiymətli tarixi sənəd 1705, 1780 və 1795-ci illərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən hazırlanıb.

Xəritə əvvəl Londonda saxlanılıb, sonra isə Misirin İsgəndəriyyə Kitabxanasının arxivində qorunub. Xəritənin özəlliyi orada ermənilərlə bağlı heç bir ərazi və yerin olmamasındadır. Müxtəlif illərdə tərtib edilmiş və 3 hissədən ibarət olan xəritədə Dağlıq Qarabağın Azərbaycana aid olduğu öz əksini tapıb. Xəritədə ermənilərin yaşadığı indiki ərazilər Azərbaycanın əyaləti kimi təqdim olunub. Burada açıq-aşkar Qarabağın adının olması, Eçmiədzin ərazisinin Üçməzin, hətta Sevan gölünün üzərində Qarabağ yazılması bütün erməni iddialarını rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR