Azərbaycan dövlət büdcəsinin Vergilər Nazirliyinin xətti ilə daxilolmaları 5,635 mlrd. manata çatıb

Azərbaycan dövlət büdcəsinin Vergilər Nazirliyinin xətti ilə daxilolmaları 5,635 mlrd. manata çatıb
# 20 dekabr 2012 10:12 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 634,630 mln. manat təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 38,6%-i mənfəət vergisi, 23,7%-i əlavə dəyər vergisi, 13,1%-i fiziki şəxslərin gəlir vergisi, 7,3%-i aksizlər, 17,3%-i isə digər vergilərin payına düşüb. Qeyri-neft sektoru üzrə 3 021,642 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

Yanvar-noyabr aylarında ölkə üzrə 66 445 vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin iyulun 1-dən cari ilin dekabrın 1-dək 51 128 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Cari ilin dekabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 477 038 olub, 2012-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi isə 90% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR