«Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyası keçirilir

«Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyası keçirilir
# 17 dekabr 2012 15:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Yeni il bayramı ilə əlaqədar «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabr 17-dən yanvarın 3-dək kartdan pul çıxaran «Bolkart» sahibləri fevralın 10-dək faizsiz ödəniş imkanı qazanır.

Nağdlaşdırmanın komissiya haqqı isə 2,5%-dir. Beləliklə, indi hər «Bolkart» sahibi Yeni il planları üçün nağd pul imkanı əldə edir. «Bolkart» ötən ilin sonu «Bank of Baku» tərəfindən dövriyyəyə buraxılıb. Alınan malın dəyərini aylara bölüb ödəməyə imkan verən «Bolkart»ı qısa müddət ərzində artıq 40 mindən çox şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bu gün «Bolkart»la ölkənin 400-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

«Bolkart» tamamilə pulsuz, bərpa olunan limitli bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. «Bolkart»ı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də «Bank of Baku»nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR