İsrail səfiri: “Azərbaycanın BMT-də səsvermə zamanı Fələstini dəstəkləməsi münasibətlərimizə təsir etməyəcək”

İsrail səfiri: “Azərbaycanın BMT-də səsvermə zamanı Fələstini dəstəkləməsi münasibətlərimizə təsir etməyəcək”
# 13 dekabr 2012 14:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanda çoxlu İsrail şirkəti çalışır. Eyni zamanda İsraildə Azərbaycan şirkətləri fəaliyyət göstərir. Azərbaycanın biznes mühiti yaratmaq baxımından dünyada və İsraildə müsbət imici var. Azərbaycan biznes əlaqələri qurmaq üçün əlverişli və qarantiyalı ölkə sayılır. İsrail şirkətləri Azərbaycanda 4 istiqamətdə - kənd təsərrüfatı, su təchizatı, səhiyyə, rabitə və informasiya və kiber texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirtmək istəyir”, - deyə səfir qeyd edib.

Diplomat Azərbaycanda iqtisadi inkişafın yüksək səviyyədə olduğunu deyərək ölkəsinin Azərbaycanla biznes sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. R. Harpaz hazırda iki ölkə arasında ikili standart vergilərin aradan qaldırılması barədə razılaşma sənədi üzərində iş getdiyini və bunun gələn il imzalanacağını deyib.

Diplomatın sözlərinə görə, İsraillə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, diplomatik və xidməti şəxslər üçün sadələşdirilmiş viza rejiminin tətbiqi barədə sənədlərin də gələn il imzalanması nəzərdə tutulur.

Səfir iki ölkə arasında ticarət sahəsində də bir sıra razılaşmaların olacağını qeyd edib.

“Azərbaycan BMT-də Fələstinə müşahidəçi dövlət statusunun verilməsinə tərəfdar çıxması iki ölkə arasında münasibətlərə təsir edə bilərmi” sualına cavabında səfir bunun münasibətlərə heç bir təsir göstərməyəcəyini deyib: “Biz strateji tərəfdaşlarıq. İki ölkə arasında ortaq şeylər çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR