İran parlamentinin sədri İraqın baş naziri ilə görüşüb

İran parlamentinin sədri İraqın baş naziri ilə görüşüb
# 29 noyabr 2012 12:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İraqda səfərdə olan İran parlamentinin sədri Əli Laricani bu ölkənin baş naziri Nuri əl-Maliki ilə görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, ikitərəfli və regional əməkdaşlığın, bölgədə sülh və sabitliyin təmin edilməsinin zəruri olduğu bildirilib.

Qeyd edək ki, İran parlamentinin sədri bundan əvvəl İraqın xarici işlər naziri Xoşyar Zəbari ilə görüşüb və bölgədə baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR