Dunya Miyatoviç: “Həbs olunmuş jurnalistlər, bloggerlər və hüquq müdafiəçilərinin azadlığa buraxılması ən yaxşı yol olardı”

Dunya Miyatoviç: “Həbs olunmuş jurnalistlər, bloggerlər və hüquq müdafiəçilərinin azadlığa buraxılması ən yaxşı yol olardı”
# 06 dekabr 2012 13:45 (UTC +04:00)

APA-nın Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İki həftə əvvəl mən Vyanada jurnalistlərin hüquqları mövzusunda çıxış etdim. Biz çox ölkələrdə bu sahədə pozuntular var. Jurnalistlər, bloggerlər həbsxanada yatırlar. Bütün ATƏT ölkələrində jurnalistlərin təhlükəsizliyini təşkil etmək vacibdir”.

İnternet azadlığı məsələsinə toxunan Dunya Miyatoviç qeyd edib ki, fevralın 13-14-də Vyanada bu mövzuda konfrans keçiriləcək. Azərbaycanda söz və ifadə azadlığının durumuna toxunan xanım Miyatoviç bildirib ki, ölkəmizdə olduğu müddətdə bütün qapılar üzünə açıq olub: “Mən həm jurnalistlərlə, həm ölkə rəhbərliyi ilə görüşdüm, açıq söhbətimiz oldu. Həbs olunmuş jurnalistlər, bloggerlər və hüquq müdafiəçilərinin azadlığa buraxılması ən yaxşı yol olardı. Söhbət söz azadlığı və jurnalistlərin təhlükəsizliyindən gedəndə mən həmişə səsimi qaldırıram Lakin bu sahədə hansısa hüquqi təsir formalarından istifadə etmək yersiz olardı. Bu üzərində uzun müddət iş görüləməsi zəruri olan çox incə məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR