Zaqatala və Balakəndə yanğın olub

Zaqatala və Balakəndə yanğın olub
# 19 dekabr 2012 07:10 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala və Balakən rayonlarında yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala və Balakən rayonlarının Yanğından Mühafizə hissələrindən məlumat verilib. FHN-nin Zaqatala YMH-dən verilən məlumata görə, yanğın hadisəsi rayonun Car kəndində Kaştayeva Ramazan Abduləziz oğluna məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə Zaqatala rayonu YMH-nin əməkdaşları və texnikası cəlb edilib. Yanğın nəticəsində evin çardan hissəsində, tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib.

Balakən rayon YMH-dən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Balakən şəhəri, Rafik Səmədov küçəsindəki 2 mərtəbəli yaşayış binasında Titiyeva Səbinə Kamal qızının yaşadığı 6 saylı, ümumi sahəsi 36 kv/m olan 2 otaqlı mənzildə qeydə alınıb. Balakən rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində mənzilin yanmasının qarşısı alınıb. Yanğın nəticəsində qaz sobasının ətrafında 1 kv/m sahə və orada olan əşyalar yanıb. Hər ki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR