İran Qoşulmama Hərəkatına üzv dövlətləri İsraillə bütün əlaqələri kəsməyə çağırıb

İran Qoşulmama Hərəkatına üzv dövlətləri İsraillə bütün əlaqələri kəsməyə çağırıb
# 16 noyabr 2012 08:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran İsrailin günahsız insanları kütləvi şəkildə qətlə yetirməsini təşkilatlanmış terrorizm olaraq qiymətləndirir.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst açıqlama verib.

O bildirib ki, beynəlxalq təşkilatlar İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə susur: “Bu isə Təl-Əvivi yeni cinayətlər törətməyə təşviq edir. İran Qoşulmama Hərəkatına üzv dövlətləri İsraillə bütün əlaqələrini kəsməyə çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR