Moskvada məşhur opera müğənnisi Qalina Vişnevskaya ilə vida mərasimi keçirilir - FOTO

Moskvada məşhur opera müğənnisi Qalina Vişnevskaya ilə vida mərasimi keçirilir  - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 11:46 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Dünyaca məşhur opera müğənnisi Qalina Vişnevskaya ilə vida mərasimi keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qalina Vişnevskaya Opera Mərkəzində keçirilən vida mərasiminə Rusiya prezidenti Vladimir Putin, Moskva Mədəniyyət Departamentinin direktoru Sergey Kapkov, Böyük Teatrın rəhbəri Nikolay Tsiskoridze, Çaykovski adına Moskva Konservatoriyasının rektoru Aleksandr Sokolov və dirijor Vladimir Minin də qatılıblar.

Vida mərasiminə qatılan çoxlu sayda insan mərhumun tabutu üzərinə gül dəstələri düzür.

Rusiya prezidenti Vladimir Putin də mərhumun tabutuna gül dəstəsi qoyaraq, onun yaxınlarına başsağlığı verib.

Qalina Vişnevskaya ilə vida mərasimi bu gün saat 20:00-a qədər davam edəcək. Sabah səhər 9:00-da “Xilaskar İsa Kilsəsi”ndə mərhumun ruhuna dualar oxunacaq, daha sonra Q. Vişnevskaya Novodeviçye qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Q. Vişnevskaya 1926-cı il oktyabrın 25-də Leninqradda doğulub. Leninqrad blokadasını yaşayan Q. Vişnevskaya 16 yaşında Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmətdə olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olan gələcəyin məşhur opera ifaçısı tez bir zamanda solo partiyaların ifaçısı kimi məşhurlaşıb. O, tanınmış violonçelist, bakılı Mstislav Rostropoviçin həyat yoldaşı olub.

Qalina Vişnevskaya bu il dekabrın 11-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR